08.03.2023

Regionun bir qrup təhsil işçisi Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilib

Regionun bir qrup təhsil işçisi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və ATİAHİ rayon komitələrinin fəxri fərman və hədiyyələri ilə təltif edilib.

 

RTİ müdiri Rüfət Hacıyev bütün qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxlik və işlərində uğurlar arzulayıb.

 

Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında təltiflər təhsil sektor müdirləri tərəfindən təqdim olunub.