Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Martın 10-da Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki təmayüllü tam orta məktəb-liseydə Şabran rayonunda qeydiyyatda olan vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən işə qəbul və məktəblərin infrastrukturunun yaxşılaşdırılması mövzuları ilə bağlı olub.
Müraciətlərdə əksini tapan bəzi məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb, bəzi müraciətlər araşdırılmaq üçün nəzarətə götürülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.