13.03.2023

“Sərhəd” hərbi-idman oyunlarının rayon mərhələsi yekunlaşır

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə “Sərhəd” hərbi-idman oyunlarının rayon mərhələsi yekunlaşır.

 

Qeyd edək ki, “Sərhəd” hərbi-idman oyunları Elm və Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir.

 

Oyunların keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.