15.03.2023

“Ən yaxşı təqdimat” müsabiqəsinin birinci mərhələsi yekunlaşıb

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə “Ən yaxşı təqdimat” müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.

 

Nəticələrə əsasən aşağıdakı şagirdlər müsabiqənin ölkə mərhələsinə vəsiqə qazanıblar:

 

Quba rayonu Qımılqışlaq kənd tam orta məktəbinin  X sinif şagirdi Rahidə Quliyeva;

Xaçmaz şəhəri  C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Sevinc Səfərova;

Qusar şəhəri B. Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Alita Qayibova;

Şabran şəhəri S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Röya Məmmədzadə;

Siyəzən şəhəri M. Müşfiq adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Eltac Adilov.

 

Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilir.

 

Müsabiqənin final mərhələsi 2023-cü ilin aprel ayında Bakı şəhərində keçiriləcək.


Açar sözlər: ,