16.03.2023

Təhsil müəssisələrində Novruz bayramı qeyd olunub

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində Novruz bayramı qeyd olunub.

 

Tədbirlərdə məktəblilər və uşaqlar qədim Novruz ənənələrindən danışıb, şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər və səhnəciklər təqdim ediblər. Şənliklərdə, həmçinin qədim xalq oyunları oynanılıb.

 

Milli adət-ənənələrin qorunub saxlanması və yeni nəslə ötürülməsi məqsədilə keçirilən Novruz şənliklərində müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.


Açar sözlər: ,  ,