16.03.2023

Region gəncləri arasında keçirilən intellektual turnir yekunlaşıb

“Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində region gəncləri arasında keçirilən intellektual turnir yekunlaşıb.

 

Quba Asan Xidmət Mərkəzində təşkil olunan turnirdə Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarının müxtəlif təhsil müəssisələrində çalışan gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən, fəal gənclərdən ibarət 8 komanda tərkibində 48 nəfər mübarizə aparıb.

 

Yarışın qalibi adını Xaçmaz şəhəri 6 nömrəli tam orta məktəbin müəllim və şagirdlərdən ibarət “Turan” komandası qazanıb. Quba rayonu Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin “FRİTL” komandası ikinci, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin  “T-Team” komandası üçüncü yerin sahibi olub.


Açar sözlər: ,