Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin qalibləri ilə görüş keçirilib.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları, olimpiadanın yarımfinal mərhələsində uğur qazanmış şagirdlər, onların valideynləri və məktəb direktorları iştirak ediblər.
Çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev şagirdlər arasında keçirilən fənn oimpiadalarının əhəmiyyətindən danışıb, final turuna vəsiqə qazanmış şagirdlərə uğurlar arzulayıb, onların fənn müəllimlərinə və valideynlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.