Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz rayonu Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbində aparılan təmir-tikinti işlərinin gedişatı ilə tanış olub.
Qeyd edək ki, Qusarçay kəndində məktəbin ikimərtəbəli binası əsaslı təmir olunur, əlavə olaraq məktəb üçün üçmərtəbəli yeni korpus tikilir. Məktəb 960 şagird yerlikdir.