03.04.2023

Setifikasiya imtahanlarında uğursuz nəticə göstərmiş ibtidai sinif müəllimləri üçün təlimlər keçirilir

Setifikasiya imtahanlarında uğursuz nəticə göstərmiş ibtidai sinif müəllimləri təlimlərə cəlb olunur.

 

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən "İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə  ixtisasartırma təlimlərinə başlanılıb.

 

Təlimlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində çalışan setifikasiya imtahanlarında uğursuz nəticə göstərmiş ibtidai sinif müəllimləri üçün Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında həftənin şənbə və bazar günləri təşkil olunur.

 

Quba rayonundan 175, Qusar rayonundan 123, Xaçmaz rayonundan 95, Şabran rayonundan 54, Siyəzən rayonundan 30 müəllim təlimlərdə iştirak edir.


Açar sözlər: