04.04.2023

Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılma imtahanına dair məlumatlandırıcı görüş keçirilib.

 

Görüşdə ARTİ MDPİM-in direktoru Nəzakət Mehdiyeva, İRM-in əməkdaşı Fəridə Həsənli, Quba-Xaçmaz RTİ-nin əməkdaşları, fənn və metodika üzrə mütəxəssislər çıxış edib.

 

Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında danışılıb. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimulllaşdırılması və əmək haqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib. Müəllimlər tərəfindən diqqət olunmalı məqamlar müzakirə olunub və müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: