05.04.2023

“Şahin” hərbi-idman oyunlarının məktəb mərhələsi yekunlaşıb

Regionda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman oyunlarının məktəb mərhələsi yekunlaşıb.

 

Hərbi-İdman oyunlarında regionun əksər ümumtəshil məkəbləri fəal şəkildə iştirak edirlər.

 

“Şahin” hərbi-idman oyunları ümumtəhsil müəssisələrinin VIII-X siniflərində təhsil alan şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması məqsədi ilə keçirilir.