Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə “Peşəkar İdarəçi” (Pİ) müsabiqəsinə elektron müraciətlərin qəbulu davam edir.
Müsabiqənin məqsədi:
Müsabiqədə iştirak edə bilər:
- Ali təhsilli;
-Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda yerləşən istənilən təhsil müəssisəsində çalışan;
- Davamlı olaraq minimum 3 il pedaqoji staja malik Azərbaycan Respublikasının vətəndaşları
Yuxarıdakı tələblərə cavab verən namizədlər may ayının 6-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/UFCFaFr9sSKyAoGh7
Namizədlər elektron qeydiyyatdan keçdikdən sonra ilkin olaraq qeydiyyat məlumatları yoxlanılacaq, daha sonra qiymətləndirmə (test imtahanı) mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələdə namizədlərin idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi üzrə bilikləri, məntiqi təfəkkürü yoxlanılacaq.
Təcrübəkeçmə mərhələsində namizədlər kuratorlar təhkim olunmaqla 4 modul üzrə təcrübə keçəcəklər:
I modul: Kadr inzibatçılığı;
II modul: Maliyyə-təsərrüfat məsələləri;
III modul: Tədrisin təşkili və idarə olunması;
IV modul: Tədrisin keyfiyyəti və qiymətləndirilməsi.