27.04.2023

"İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsinin bağlanış tədbiri keçirilib

Qusar rayonu Zabit Rizvanov adına İmamqulukənd kənd tam orta məktəbində "İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsinin bağlanış tədbiri keçirilib.

 

Bağlanış tədbirini giriş sözü ilə açan məktəbin direktoru Səmayə Tağıyeva məktəblilər üçün davamlı olaraq yeni öyrənmə imkanlarının yaradılmasının vacibliyini qeyd edərək belə layihələrə məktəb rəhbərliyi tərəfindən həmişə dəstək göstəriləcəyini bildirib.

 

Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşı Nəzirə Ağalarova bu layihələrin kənd məktəblilərinin inkişafında yeni imkanlar yaradacağına, onların gələcəyin peşələrini seçməkdə və əmək bazarında rəqabətliliyə hazır olacaqlarına əmin olduğunu qeyd edib.

 

Layihə rəhbəri Suqra Cəfərova layihə haqqında məlumat verdikdən sonra layihə iştirakçıları incəsənət alətlərindən istifadə etməklə öz təqdimatlarını ediblər. Tədbir layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq üçün təşkil olunmuş gəzinti ilə yekunlaşıb.

 

"İncəsənət özünü inkişaf vasitəsi kimi” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində məktəbin müəllimi Suqra Cəfərova tərəfindən icra olunub.

 

Qeyd edək ki, layihənin əsas məqsədi məktəbliləri düzgün ixtisas seçiminə hazırlamaq, onların daha uğurlu karyera imkanlarına malik olması baxımından incəsənət alətlərindən və qeyri formal təhsil metodları vasitəsilə yumşaq bacarıqların artırılması və bu bacarıqların praktikada tətbiqindən ibarət olub.


Açar sözlər: