13.06.2023

17 məktəbdə TIMSS və ICILS beynəlxalq qiymətləndirmə imtahanları keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən seçilmiş 17 məktəbdə TIMSS və ICILS beynəlxalq qiymətləndirmə imtahanları keçirilib.

 

Qiymətləndirmə imtahanlarında 4 və 8-ci sinif şagirdləri iştirak ediblər.

 

TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı 4 ildən bir IV və VIII sinif şagirdləri arasında, ICILS beynəlxalq qiymətləndirmə tədqiqatı isə 5 ildən bir yalnız VIII sinif şagirdləri arasında keçirilir.

 

Tədqiqatların əsas məqsədi şagirdlərin nəticələri əsasında təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaq, eləcə də beynəlxalq müqayisələr aparmaqdır. 

 

Qeyd edək ki, hər iki tədqiqat Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunur və kompüterəsaslı həyata keçirilir. 


Açar sözlər: ,