01.08.2023

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Quba-Xaçmaz regionu üzrə 15 layihə qalib olub.

 

Layihələrdən 3-ü məktəb, 12-si isə fərdi kateqoriya üzrədir. Qalib layihələrdən üçü Şabran rayonu, on ikisi isə Quba rayonu üzrədir. 

 

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.

 

Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.


Açar sözlər: ,