09.08.2023

İşə qəbul üzrə müsabiqə

Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

 

Müsabiqə 3 mərhələdən: sənəd qəbulu, test imtahanı və müsahibədən ibarətdir.

Namizədlər üçün tələblər:

 

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən ümumi təhsil müəssisəsində müvafiq vəzifələr üzrə ixtisas tələblərinə uyğun gələn namizədlər;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən ümumi təhsil müəssisəsində təsərrüfat müdiri vəzifəsi üzrə ixtisas tələblərinə uyğun gələn namizədlər.

 

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

 

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- tərcümeyi-hal;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- təhsil haqqında sənədin surəti;

- 3x4 foto şəkil (2 ədəd).

 

Namizədlər tələb olunan sənədləri 10 avqust - 17 avqust 2023-cü il tarixlərində, həftənin 1-5-ci günləri, saat 10:00-dan 17:00-a kimi Quba-Xaçmaz Regional Təhsil İdarəsinə (ünvan: Quba şəhəri Azərbaycan küçəsi 13 - Quba şəhəri Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəb) təqdim etməlidirlər.

 

Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test imtahan mərhələsinə dəvət olunacaqlar.

 

Test imtahanı 25 avqust 2023-cü il tarixdə, saat 11:00 başlayacaqdır. İmtahan buraxılış vərəqəsində göstərilən ünvanda keçiriləcək.

 

Müsabiqənin test mərhələsi 40 sualdan ibarətdir. Namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

 

- ixtisas üzrə - 30 sual;

- İKT bacarıqları üzrə - 5 sual;

- məntiqi təfəkkürün yoxlanılması üzrə - 5 sual.

 

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

 

- vəzifə üzrə nəzəri biliklər;

- İKT bacarıqları;

- şəxsi keyfiyyətlər.

 

Müsahibə zamanı namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.

 

Aşağıdakı keçiddən istifadə edərək Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz.

 

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramına aşağıdakılar daxildir:

 

Laborant vəzifəsi üzrə ixtisas tələbləri:

 

- minimum tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

- laboratoriya işləri və dərs məşğələlərinin keçirilməsi üzrə hüquqi aktlar;

- tədris avadanlıqları, təlimin texniki vasitələri, cihazlardan istifadə olunmasının mövcud standartları və texniki şərtləri;

- avadanlıqlardan istifadə qaydaları;

- əməyin təşkilinin əsasları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

 

Kitabxanaçı vəzifəsi üzrə ixtisas tələbləri:

 

- tam orta təhsil və 3 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

- “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu;

- təhsil müəssisəsinin inkişaf perspektivləri,

- kitabxanaşünaslıq və biblioqrafiya; oxuculara xidmətin əsasları; kitabxana fondunun uçotu və saxlanması; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemi və kataloqun tərtibi normaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Kitabxana müdiri vəzifəsi üzrə ixtisas tələbləri:

 

- orta ixtisas təhsili, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı;

- “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu;

- təhsil müəssisəsinin inkişaf perspektivləri,

- kitabxanaşünaslıq və biblioqrafiya; oxuculara xidmətin əsasları; kitabxana fondunun uçotu və saxlanması; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemi və kataloqun tərtibi normaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə ixtisas tələbləri:

 

- minimum tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları;

- Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası;

- tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyası, pedaqoji etika, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətləri, uşaq kollektivlərinin psixologiyası,

- uşaq təşkilatlarının iş xüsusiyyətləri; uşaq birliyi təşkilatının rəhbərinin vəzifələri və qarşısında duran tələblər;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Psixoloq vəzifəsi üzrə ixtisas tələbləri:

 

- Psixologiya üzrə ali təhsil;

- “Təhsil haqqında”, “Psixoloji yardım haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;

- Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları haqqında Konvensiyanı;

- təhsilin inkişaf konsepsiyası və strategiyasını, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı hüquqi aktları;

- ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedaqogikanı, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını;

- uşağın inkişafının müayinəsi və psixoloji yardım metodlarını;

- müəllimlərin etik davranış qaydalarını;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;

- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

 

Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə ixtisas tələbləri:

 

- orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.

- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları;

- təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkili;

- xidmətçi heyətin əməyindən səmərəli istifadə yolları;

- binanın istismar olunmasının təşkilinin elmi əsasları;

- əmək qanunvericiliyini;

- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

 

Təsərrüfat müdiri vəzifəsi üzrə ixtisas tələbləri:

 

- müvafiq sahə üzrə orta ixtisas təhsili, 1 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı və ya ümumi orta təhsili və 3 ildən az olmayaraq müvafiq iş üzrə iş stajı;

- təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkili;

- kiçik xidmət heyətinin əməyinin mexanikləşdirmə vasitələri;

- iş avadanlığının istismar qaydalarını, əməyin təşkilinin əsaslarını;

- daxili əmək intizamı qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri və laborant vəzifələri üzrə vakansiyalar


Açar sözlər: