10.08.2023

Alternativ qeydiyyat mərkəzləri

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarına və birinci siniflərinə uşaqların elektron qeydiyyatında valideynlərə köməklik göstərilməsi məqsədilə Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında alternativ qeydiyyat mərkəzləri yaradılmışdır.

 

Övladlarını məktəbə özləri elektron qeydiyyatdan keçirməkdə çətinlik çəkən, bu mövzuda yardım almaq istəyən adıçəkilən rayonların sakinləri aidiyyatı mərkəzlərə müraciət edə bilərlər.


Açar sözlər: