18.08.2023

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi təşkil olunacaq

21 avqust 2023-cü il tarixindən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi təşkil olunacaq.

 

Müsahibə mərhələsinə müsabiqənin test mərhələsində uğur qazanmış 29 namizəd və şagird sayı 150-dək olan ümumtəhsil müəssisələri üzrə 19 namizəd dəvət olunub.

 

Müsahibə mərhələsində ümumi olaraq direktor vəzifəsi üçün zəruri olan texniki biliklər, ünsiyyət və problemi həll etmək bacarıqları və liderlik keyfiyyətləri yoxlanılır.

 

Müsahibələrin tarixi və saatı ilə bağlı namizədlərin mobil nömrələrinə sms bildirişi göndərilib.

 

Qeyd edək ki, müsahibələr Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə keçiriləcək.

 

Namizədlərə uğurlar arzulayırıq.


Açar sözlər: ,