18.08.2023

"Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsi keçiriləcək

22 avqust 2023-cü il tarixindən "Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsi təşkil olunacaq.

 

Esse mərhələsinə Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə müsabiqənin test imtahanlarında uğur qazanmış 63 namizəd dəvət olunub.

 

"Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsinin tarixi və saatı ilə bağlı namizədlərin mobil nömrələrinə sms bildirişi göndərilib.

 

Qeyd edək ki, müsabiqəsinin esse mərhələsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə keçiriləcək.

 

Namizədlərə uğurlar arzulayırıq.


Açar sözlər: