21.08.2023

Qabaqcıl, peşəkar müəllim məlumat bazası

Quba Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən dövlət ümumi, məktəbdənkənar  və məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji fəaliyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu müəllimlərin ( tərbiyəçi-müəllimlərin ) məlumatlarından ibarət elektron baza yaradılır.

 

Məlumat bazasının formalaşdırılmasında məqsəd bazada toplanmış heyətin karyerada yüksəliş imkanlarının təmin edilməsi, onların həyata keçiriləcək layihələrə cəlb edilməsi ilə əməyinin stumullaşdırılmasından ibarətdir.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində çalışan və aşağıda qeyd olunan meyarlara cavab verən müəllimlər məlumatlarının bazaya daxil edilməsi üçün 31 avqust tarixinədək çalışdıqları müəssisənin rəhbərliyinə müraciət edə və ya https://shorturl.at/hDGQ2  keçidindən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.

 

  • Namizədlər üçün tələb olunan  mütləq meyarlar:
  • Pedaqoji təcrübə- azı 10 il
  • Qiymətləndirmə nəticəsi- 70%-dən yuxarı;
  • Barəsində son 1 ildə intizam tənbehinin olmaması.

 

 

  • Ən azı birinin olması mütləq olan meyarlar

 

  • Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqə qalibi olması;

 

  • “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olması;

 

  • Şagirdlərinin fənn olimpiadalarında qalib olması(Respublika mərhələsində);

 

  • Şagirdlərinin fənn müsabiqələrində qalib olması(Respublika mərhələsində);

 

  • Şagirdlərinin beynəlxalq olimpiadalarda qalib olması;

 

  • Şagirdlərinin “Ən yaxşı təqdimat” müsabiqəsində qalib olması;

 

  • IV sinif monitorinqi nəticələrinin yüksək olması (şagirdinin 50% yüksək nəticə toplaması);

 

  • IX və XI sinif buraxılış nəticələrinin yüksək olması (şagirdinin 50% yüksək nəticə toplaması);

 

  • Şagirlərinin idman və ya yaradıcılıq müsabiqələrində qalib olması.

 

 

  • Arzuolunan əlavə meyarlar (mütləq deyil):
  • Hər hansı təltifə sahib olması
    • Elm və Təhsil Nazirliyinin təşəkkürnaməsi;
    •  Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı;
    • “Qabaqcıl təhsil işçisi” döş nişanı.
  • Yerli və ya beynəlxalq müsabiqə/ layihədə iştirak
    • “eTwnning” layihəsi
    • “Bir müəllimin manifesti” layihəsi
  • Regional təhsil idarəsi tərəfindən təltifin olması;
  • Dərslik müəllifi olması.

Açar sözlər: