Avqustun 22-də "Peşəkar idarəçi" müsabiqəsinin esse mərhələsi keçirilib.
Bu mərhələdə Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə müsabiqənin test imtahanlarında uğur qazanmış 63 namizəddən 48 nəfəri iştirak edib.
Müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdən ibarətdir.