Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi yekunlaşıb.
Müsahibə mərhələsində müsabiqənin test mərhələsində uğur qazanmış 25 namizəd və şagird sayı 150-dək olan ümumtəhsil müəssisələri üzrə 17 namizəd iştirak edib.
Müsahibə mərhələsində ümumi olaraq direktor vəzifəsi üçün zəruri olan texniki biliklər, ünsiyyət və problemi həll etmək bacarıqları və liderlik keyfiyyətləri yoxlanılıb.