23.08.2023

İistedadlar sinfinə qəbul imtahanları keçirilib

Avqustun 23-də 2023-2024-cü tədris ili üçün Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin 5, 6, 7, 8 və 10-cu istedadlar sinfinə qəbul imtahanları keçirilib.

 

İmtahanlarda 5-ci siniflər üzrə qeydiyyatdan keçmiş 126 şagirddən 117 nəfəri, 6-cı siniflər üzrə qeydiyyatdan keçmiş 36 şagirddən  29 nəfəri, 7-ci siniflər üzrə qeydiyyatdan keçmiş 20 şagirddən 18 nəfəri, 8-ci siniflər üzrə qeydiyyatdan keçmiş 14 şagirddən 13 nəfəri, 10-cu siniflər üzrə qeydiyyatdan keçmiş 13 şagirddən 8 nəfəri iştirak edib.