31.08.2023

Bir qrup müəllim üçün sertifikasiyanın test imtahanları keçirilir

Avqustun 31-də pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri, həmçinin imtahanda könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər üçün sertifikasiyanın test imtahanları keçirilir.

 

Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təşkil olunmuş imtahanların birinci sessiyasında 21 nəfər ibtidai sinif müəllimi iştirak edir.

 

Bütün imtahan iştirakçılarına uğurlar arzulayırıq.


Açar sözlər: