01.09.2023

Direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir

Sentyabrın 1-dən etibarən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir.

 

Qeyd edək ki, müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanması, test və müsahibə) ibarət olacaq.

 

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 1 sentyabrdan etibarən Quba-Xaçmaz Regional Təhsil İdarəsinə yaxınlaşaraq müvafiq sənədləri təqdim edə bilərlər.

 

Qeydiyyat prosesi həftə içi və şənbə günü olmaqla sentyabrın 7-dək davam edəcək.

 

Tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavənin surəti;

- kadrların uçot vərəqi;

- tərcümeyi hal.

 

Namizədlər üçün tələblər aşağıdakılardır;

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 3 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

 

Yalnız tələblərə cavab verən namizədlər müsabiqədə iştirak hüququ qazanacaqlar.

 

Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir.

 

Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə keçmək hüququ qazanır.

 

Müsabiqənin müsahibə mərhələsi zamanı aşağıdakı meyarlar yoxlanılacaq:

- Vəzifə üzrə praktiki biliklər;

- İdarəetmə bacarıqları;

- Şəxsi keyfiyyətlər.

 

Vakansiyalar


Açar sözlər: