06.09.2023

29 məzun 600 baldan yuxarı nəticə göstərib

Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 29 məzun 600 baldan yuxarı nəticə göstərib.

 

Tələbə adını qazanan həmin məzunların 11-i Quba, 8-i Siyəzən, 5-i Xaçmaz, 5-i Şabran məktəblərində təhsil alıb. Qusar ümumtəhsil məktəblərindən iki məzun isə 599 bal toplayıb.

 

Ən yüksək nəticəni Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki təmayüllü tam orta məktəb-liseyin şagirdi Nigar Əlməmmədova əldə edib. O, buraxılış və ali məktəblərə qəbul imtahanlarından I qrup üzrə ümumilikdə 664 bal toplayıb.

 

Qeyd edək ki, bu il Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 531 nəfəri Xaçmaz, 496 nəfəri Quba, 258 nəfəri Qusar, 175 nəfəri Şabran, 169 nəfəri Siyəzən rayon ümumtəhsil məktəblərindən olmaqla 1629 məzun ali təhsil müəssisələrinə qəbul olunub.


Açar sözlər: