27.07.2023

Region üzrə 4 məzun nişanla təltif olunub

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin XI siniflərindən məzun olan 5283 nəfərə attestat verilib.

 

Məzunlardan 52 nəfəri fərqlənmə attestatına layiq görülüb. Eyni zamanda 2 nəfər (Quba şəhəri Mehrab Niftəliyev adına texniki təmayüllü liseyin məzunu Polad Atayev və Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbin məzunu Cavidan Balayev) qızıl, 2 nəfər (Quba şəhəri  Mehrab Niftəliyev adına texniki təmayüllü liseyin məzunu Vüsal İbrahimov və Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin məzunu Eltac Niftəliyev) gümüş nişanla təltif edilib.