Quba rayonu ümumtəhsil müəssisələri üzrə IV sinif şagirdlərinin monitorinq nəticələri müzakirə olunub.
Müzakirə zamanı monitorinqdə yüksək nəticə göstərən şagirdlərin siyahısı dəqiqləşdirilərək onlarla xüsusi proqram əsasında məşğul olunması üçün planlaşdırma aparılıb.
Qeyd edək ki, 2023-cü ilin iyununda ölkə üzrə IV sinif şagirdlərinin oxuyub-anlama və riyazi bacarıqlarının yoxlanılması məqsədilə monitorinq təşkil olunmuşdu.