13.09.2023

Ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunları ilə görüş keçirilib

Şabran və Siyəzən rayonlarının ümumtəhsil məktəblərinin ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunları ilə görüş keçirilib.

 

Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, millət vəkili Sadiq Qurbanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, məktəb direktorları və müəllimlər iştirak ediblər.

 

Öncə ulu öndər Heydər Əliyevin Siyəzən rayonunda yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 

Dövlət Himninin səsələndirilməsi ilə başlanan görüş natiqlərin çıxışları, məktəblilərin təqdimatında bədii nümunələrlə davam edib.

 

Tədbirdə məzunlar təbrik edilib, onlara tələbəlik həyatında uğurlar arzulanıb. Məzunlara qiymətli hədiyyələr təqdim olunub.

 

Görüşdə həmçinin yüksək nəticə göstərən məzunların məktəb direktorları və ötən tədris ilində fəaliyyəti ilə fərqlənən bir qrup müəllim fəxri fərmanla təltif edilib.


Açar sözlər: ,  ,