27.09.2023

27 Sentyabr – Anım Günü tədbirləri keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü tədbirləri keçirilib.

 

Regional Təhsil İdarəsinin Tədbirlər planına uyğun olaraq, məktəblilərin şəhidlər xiyabanına ziyarəti, məktəblərdə şәhidlәrin ailәlәri ilә görüşlәr, әdәbi-musiqili kompozisiyalar, Anım Gününә hәsr edilmiş xüsusi dәrslәr təşkil olunub, “Hüququndan keçәn әsgәr, Hәrә bir qәhrәman oldu” mövzusunda inşa müsabiqəsi keçirilib.

 

Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb.

 

Tədbirlərin keçirilməsində əsas məqsəd Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin xatirəsini ehtiramla yad etmək, uşaq və gənclərdə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarətdir.


Açar sözlər: