27.09.2023

Direktorların bir illik hesabatları dinlənilib

2022-2023-cü tədris ilində təyin olunan məktəb direktorlarının bir illik hesabatları dinlənilib.

 

Hesabat yığıncağının təşkilinin əsas məqsədi 1 il ərzində məktəb direktorlarının ümumi fəaliyyətlərini dəyərləndirmək, məktəblərin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələrinin rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.

 

Yığıncaqda məktəb rəhbərlərinə hesabatların nəticələrinə müvafiq olaraq tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.


Açar sözlər: