05.10.2023

Region müəllimləri Qusar rayonunda bir araya gəliblər

Beynəlxalq Müəllimlər Günü münasibətilə Qusar rayonunda tədbir təşkil olunub.

 

Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Natiqlərin çıxışlarından sonra regionun bir qrup müəllimi səmərəli fəaliyyətinə görə Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Qusar Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə təltif edilib.

 

Tədbirin təşkilatçılığına görə Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edirik.