04.10.2023

“Heydər Əliyev və Azərbaycan təhsili” 

Xaçmaz rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə  “Heydər Əliyev və Azərbaycan təhsili”  mövzusunda tədbir keçirilib.

 

İştirakçılar əvvəlcə  ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

 

Qonaqlar Heydər Əliyev Mərkəzində Ümummilli liderin təhsil işçiləri ilə görüşlərini əks etdirən fotostendlərlə tanış olub, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

 

Tədbirdə Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

 

“Heydər Əliyev və Azərbaycan təhsili” adlı qısa metrajlı film nümayiş etdirilib.

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Sonda bir qrup qabaqcıl təhsil işçisinə, eləcədə  uzun illər pediqoji fəaliyyətlə məşğul olmuş şəhid analarına Xaçmaz  Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və  hədiyyələr təqdim olunub.

 

Tədbirin təşkilatçılığına görə Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.


Açar sözlər: