13.10.2023

İcma əsaslı məktəbəqədər təhsil qruplarında tədris davam edir

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qruplarında tədris davam edir.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 59 məktəbdə 74 qrupda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində uşaqlar  təhsil alır.

 

Qeyd edək ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi erkən inkişafetdirici təlimin uşağın intellektual bacarığının yaxşılaşmasına müsbət təsir etməsini və onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.