20.10.2023

Siyəzəndə vətəndaş qəbulu keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev oktyabrın 19-da Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli  tam orta məktəbdə Siyəzən rayonunda qeydiyyatda olan vətəndaşları qəbul edib.

 

Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən işə qəbul və siniflərin komplektləşdirilməsi mövzuları ilə bağlı olub.

 

Müraciətlərdə əksini tapan müəyyən məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun vətəndaşlara izahat verilib,  bəzi müraciətlər araşdırılmaq üçün nəzarətə götürülüb.