01.11.2023

"Riyaziyyat İstedadlar Klubu"na imtahanla üzvlər seçilir

Regionda yaradılacaq "Riyaziyyat İstedadlar Klubu"nun üzvlərinin seçilməsi məqsədilə 6-cı sinif şagirdləri arasında imtahanlar keçirilir.

 

Quba rayonu üzrə keçirilən imtahanlarda ümumilikdə 214 əlaçı şagird iştirak edib. İmtahan nəticələrinə uyğun olaraq ən yüksək bal toplamış şagirdlər "Riyaziyyat İstedadlar Klubu"na cəlb ediləcəklər.

 

Klubun təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması və onlarla səmərəli işin təşkilidir.


Açar sözlər: