01.11.2023

Vətəndaş qəbulu

Noyabrın 1-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin növbəti vətəndaş qəbulu baş tutub.

 

İdarənin inzibati binasında keçirilmiş vətəndaş qəbulunda iştirak edənlərin əsas müraciətləri təhsilverənlərin sertifikatlaşdırılması prosesi, müəllimlərin işə qəbulu, təhsil müəssisələrinə işə qəbul və digər kadr məsələləri ilə bağlı olub.

 

Müraciətlərdə əksini tapan müəyyən məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun vətəndaşlara izahat verilib,  bəzi müraciətlər araşdırılmaq üçün nəzarətə götürülüb.


Açar sözlər: