02.11.2023

Direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb

Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb.

 

13-16 noyabr 2023-cü il tarixlərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

 

Qeyd edək ki, müsahibələr Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə (ünvan: Quba şəhəri Əliqulu Nərimanov küçəsi 56) təşkil olunacaq.

 

Müsahibədə iştirak edəcək namizəd müsahibənin keçiriləcəyi binaya daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi və ali təhsil haqqında dövlət nümunəli diplomunu mütləq özü ilə gətirməlidir.

 

Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: