8 Noyabr - Zəfər Günü ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq Quba rayon ümumtəhsil məktəbləri arasında rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə və "Azərbaycan incəsənətinin beşiyi-Şuşa", "Qarabağın turizm potensialından necə istifadə etməli?", "Qarabağın tarixi abidələrini necə təqdim etməli?"', "Qarabağı necə görmək istərdim?" mövzularında təqdimat müsabiqəsi keçirilib.
Rəsm və əl işlərindən ibarət müsabiqədə Quba rayonunun 18 ümumtəhsil məktəbindən 35 şagirdin Zəfər Gününə həsr olunmuş əl işləri nümayiş olunub. Münsiflər heyətinin qərarına əsasən Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdi Nejdət Sədrəddinov I, İkinci Nügədi kənd 2 nömrəli tam orta məktəbin şagirdi Nuray Hacıyeva II, Susayqışlaq kənd ümumi orta məktəbinin sagirdi Aqil Əliyev III yerə layiq görülüb.
"Ən yaxşı təqdimat" müsabiqəsində isə Hacıqayıb kənd tam orta məktəbinin sagirdi Aydan Kamilova I, Firuz Heybətov adına Talabıqışlaq kənd tam orta məktəbinin sagirdi Məryəm Abdullayeva II, İbrahim Hümmətov adına Vladimirovka kənd tam orta məktəbinin sagirdi Fidan İşıkova isə III yeri tutublar.
Yekunda müsabiqənin qalib və fəalları fəxri fərman və təşəkkürnamə ilə təltif olunublar.