04.11.2023

Region məktəbliləri arasında voleybol, basketbol və şahmat idman növləri üzrə Zəfər Gününə həsr olunmuş turnir keçirilir

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə region məktəbliləri arasında voleybol, basketbol və şahmat idman növləri üzrə Zəfər Gününə həsr olunmuş turnir keçirilir.

 

Turnirin rayon mərhələsi artıq yekunlaşıb. Final oyunlarının isə 6-7 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.

 

Turnirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin yad edilməsi, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.


Açar sözlər: