07.11.2023

Məktəblilər arasında şahmat turniri keçirilib

Zəfər Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən məktəblilər arasında keçirilən şahmat turniri yekunlaşıb.

 

Final oyunlarının açılışını edən idarənin müdir müavini Pərvin Ağasıyev Zəfər Günü münasibətilə yarış iştirakçılarını təbrik edərək onlara uyğurlar arzulayıb.

 

Final oyunlarında rayon turnirinin qalibi olmuş 16 qız 16 oğlan olmaqla 32 məktəbli mübarizə aparıb.

 

Turnirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin yad edilməsi, şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarət olub.


Açar sözlər: