13.11.2023

Direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb

Tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb.

 

Region üzrə test imtahanlarını uğurla keçmiş 46 namizəd müsahibə mərhələsinə dəvət edilib.

 

Qeyd edək ki, müsabiqənin müsahibə mərhələsi 13-16 noyabr tarixlərində keçirilir. Müsahibə zamanı aşağıdakı meyarlar üzrə namizədlərin hazırlığı yoxlanılır:

 

- Vəzifə üzrə praktiki biliklər;

- İdarəetmə bacarıqları;

- Şəxsi keyfiyyətlər.


Açar sözlər: