14.11.2023

Xaçmaz rayonunda qeydiyyatda olan vətəndaşlar qəbul edilib

İdarə müdiri noyabrın 14-də Xaçmaz rayonunda qeydiyyatda olan vətəndaşları qəbul edib.

 

Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə keçirilən qəbula vətəndaşlar əsasən təhsil müəssisələrinə pedaqoji və texniki vəzifələrə işə qəbul və şagirdlərin məktəbə qəbulu məsələləri ilə bağlı müraciət ediblər.

 

Müraciətlərin xarakterinə uyğun olaraq vətəndaşlara müvafiq izahat verilib, bəzi müraciətlər araşdırılması üçün qeyd edilərək nəzarətə götürülüb.


Açar sözlər: