16.11.2023

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları keçirilib

Noyabrın 16-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları keçirilib.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə - Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 88 namizəd iştirak edib.

 

Qeyd edək ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilib. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt verilib.

 

Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanır. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir. Qaydalara əsasən məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərir.

 

Bütün namizədlərə uğurlar arzulayırıq.


Açar sözlər: