Noyabrın 22-də Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti vətəndaş qəbulu baş tutub.
Vətəndaşların əsas müraciətləri təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində yardımçı pedaqoji vəzifələrə işə qəbul, dərs bölgüsü, çalışmanın yaş həddi ilə əlaqədar əmək müqaviləsinin müddətinin uzadılması, məktəbə qəbul məsələləri ilə bağlı olub.