28.08.2023

Quba rayon məktəb rəhbərləri ilə görüş keçirilib

Quba rayonunda rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə ilk olaraq təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması məsələlərinə toxunulub, müvafiq normativ-hüquqi sənədlərin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra 2023-2024-cü tədris ilində hədəflənən digər əsas fəaliyyət istiqamətləri, yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.

 

Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: