Siyəzən rayonunda rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə ilk olaraq təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması məsələlərinə toxunulub, müvafiq normativ-hüquqi sənədlərin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sektor müdiri Aynurə Dadaşova təhsil sahəsində şəffafllığın artırılması istiqamətində kifayət qədər çox iş görüldüyünü qeyd edərək, istər şagird yerdəyişməsi, istər məktəbə qəbul elektron sistemlərindən istifadə barədə valideynlər üçün hər zaman lazımı şəraitin təmin edilməli olduğunu bildirib. Daha sonra 2023-2024-cü tədris ilində hədəflənən digər əsas fəaliyyət istiqamətləri, yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.
Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.