30.11.2023

Beşyaşlılara resurs dəstlər paylanılıb

Region ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunmuş beşyaşlılara resurs dəstlər paylanılıb.

 

Resurs dəstlər Elm və Təhsil Nazirliyi tərəfindən təmin olunur. Məqsəd isə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların tədris ili boyu bacarıq və vərdişlərinin, estetik və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, onların əl qabiliyyətlərinin, bədii yaradıcılıqlarının üzə çıxarılmasından ibarətdir.

 

Qeyd edək ki, region üzrə 296 qrupda 5350 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub. Onlarla həftə ərzində hər məşğələ 30 dəqiqə olmaqla 12 məşğələ təşkil olunur.