20.10.2023

Şabran rayonunda rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Şabran rayonunda rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə ilk olaraq təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması məsələlərinə toxunulub, müvafiq normativ-hüquqi sənədlərin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.  Sektor müdiri Emin Mövsümov  təhsil sahəsində göstərilən elektron xidmətlərin sayının kifayət qədər artdığını və bu prosesin nəticəsində bütün xidmətlər üzrə subyektiv amillərin maksimum azaldığını və şəffaflığın təmin oldunduğunu bildirib.

 

Daha sonra 2023-2024-cü tədris ilində hədəflənən digər əsas fəaliyyət istiqamətləri, yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.

 

Sonda təhsil müəsssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: