04.12.2023

Yeni təyin olunmuş direktor müavinləri ilə görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə müsabiqədən uğurla keçərək yeni təyin olunmuş şəxslərlə görüş keçirilib.

 

Görüşdə direktor müavinlərinin əsas vəzifə öhdəlikləri barədə danışılıb,  qarşıda duran məsələlər müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, bu müsabiqədə 20 nəfər uğur qazanaraq region ümumtəhsil müəssisələrində müvafiq vəzifələrə təyin olunub.


Açar sözlər: